“Amerika Rusiyanı müharibəyə sürükləyir. ABŞ Rusiya sərhədlərinə yaxınlaşaraq Ukraynaya qarşı hücuma keçməyə təhrik edir”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Abdullah Ağar deyib.
O, Rusiya tərəfinin Kiyevə hücum edə biləcəyi ilə bağlı sualı cavablandırarkən, Moskvanın nəyə qadir olduğunun heç kimin bilmədiyini söyləyib. Bununla belə, Ağar qeyd edib ki, tərəflər arasında başlaya biləcək müharibənin məsuliyyəti Vaşinqtonun üzərinə düşür.
“Amerika deyir ki, mən sizin sərhədlərinizə, NATO isə ətrafınızdakı ölkələrə yaxınlaşır. Rusiya cavab verir ki, xeyr, mən sizə bunu etməyə imkan verməyəcəyəm, siz mənim sərhədlərimi təhdid edə bilməzsiniz, əks halda cavab addımı atacağam”, - ekspert vurğulayıb.
Onun fikrincə, Vaşinqton Moskvaya təzyiq göstərməkdə davam edərsə, Moskva Ukrayna ərazisinə qoşun yeritməli olacaq ki, bu da öz növbəsində sərt sanksiyalara səbəb olacaq.
Ağar bildirib ki, bu proses SSRİ-nin dağılmasına bənzəyir, bu da NATO qüvvələrinin güclənməsinə kömək edəcək.