Xorvatiya Prezidenti Zoran Milanoviç xəbərdarlıq edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə yaranarsa, ölkəsi hərbi qulluqçularını Şərqi Avropadakı NATO qüvvələrinin tərkibindən çıxaracaq.
Teleqraf.com xəbər verir ki, Z.Milanoviç bu barədə milli televiziyanın efirində bidirib.
Onun sözlərinə görə, ABŞ-ın regionda mövcudluğunu gücləndirməsi və kəşfiyyat gəmiləri göndərməsi ilə Xorvatiyanın heç bir əlaqəsi yoxdur.
“Biz nəinki hərbçilər göndərməyəcəyik, əksinə, eskalasiya olarsa, bütün xorvat hərbçilərini ən sonuncusuna qədər geri çağıracağıq”, - deyə Z.Milanoviç qeyd edib.
Xorvatiya Prezidenti əlavə edib ki, belə bir qərar Ukrayna və ya Rusiya ilə deyil, Amerikanın daxili siyasətinin dinamikası ilə bağlı olacaq: "Beynəlxalq təhlükəsizlik məsələlərində təhlükəli davranış görürük".