26 Yanvar 2022 10:08
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında müharibə ehtimalının artdığı vaxt CNN telekanalı ölkənin şərqindəki Xarkov şəhərini “Rusiya ərazisi” kimi göstərərək, ölkənin sərhədlərini “dəyişib”.

Teleqraf.com xəbər verir ki, proqramın aparıcısı Kristina Amanpur NATO baş katibi Yens Stoltenberqdən Avropadakı mövcud vəziyyətlə bağlı müsahibə alarkən, “CNN International”ın proqramında “Xarkov, Rusiya” etiketi yer alıb.

Proqramda Rusiya Müdafiə Nazirliyinin zirehli texnikaları nümayiş etdirilib. Bu, sosial şəbəkələrin Ukrayna seqmentində etirazla qarşılanıb.

Stoltenberq isə Amanpura deyib ki, NATO Rusiya ilə silahlara nəzarət, hərbi fəaliyyətlərdə şəffaflıq, risklərin azaldılması mexanizmləri və Avropanın təhlükəsizliyi ilə bağlı digər məsələləri müzakirə etməyə hazırdır, amma genişlənmə kimi fundamental prinsipləri Moskvayla müzakirə etməkdən imtina ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər