Kiyev meri Vitali Kliçko Rusiyaya qarşı Ukraynaya silah göndərməyən Almaniyanı xəyanətdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, “Bild” qəzetində məqaləsi çıxan Kliçko Berlinin Estoniya və Ukraynaya silah göndərməsinə maneə olduğunu bildirərək bu davranışı “dost xəyanəti” kimi qiymətləndirib.
Almaniya hökumətinin Rusiya ilə “Şimal axını-2” qaz kəmərinə bağlılığının da məyusedici olduğunu dilə gətirən Kliçko deyib ki, bir çoxları Almaniya hökumətinin hansı tərəfdə olduğunu soruşur: “Azad Ukrayna tərəfində, yoxsa təcavüzkarların tərəfində?”.
Qeyd edək ki, Rusiyanın sərhədə qoşun yığmasından sonra bir çox NATO ölkəsi Ukraynaya silah və hərbi texnika göndərərkən, Almaniya gərginliyi artırmamaq üçün bu addımı atmayacağını açıqlayıb.