30 Yanvar 2022 19:58
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regionumuzda dialoq və əməkdaşlığın yeni dövrü davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün imkanlar pəncərəsi açır. Türkiyə qarşılıqlı hörmət və ortaq baxışa əsaslanan regional əməkdaşlığa töhfə verməyə hazırdır”.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreyn mətbuatına açıqlamasında deyib.

Türkiyə diplomatiyasının rəhbəri əlavə edib ki, Ankara region ölkələri arasında dialoq, diplomatiya və əməkdaşlıq üfüqlərinin açılmasını alqışlayır, həmçinin Bəhreynin bu istiqamətdə uğurlu səylərini yüksək qiymətləndirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər