31 Yanvar 2022 23:13
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsın şimal yarımkürəsindəki kötüyə bənzər kraterin fotosu paylaşılıb.

Teleqraf.com xəbər verir ki, Avropa Kosmos Agentliyi (ESA) və Rusiya Federal Kosmos Agentliyinin (Roskosmos) kosmik gəmiləri tərəfindən 2021-ci ilin iyun ayında qeydə alınan foto yeni yayımlanıb.

Kraterdəki halqaların Mars haqqında daha çox məlumat əldə etməyə kömək edə biləcəyi deyilib.

Bildirilib ki, “Acidalia Planitia” kraterində donmuş su ola bilər.

“Qırmızı planet” adıyla tanınan Marsda ən isti aylarda belə dondurucu soyuq ola bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər