3 Fevral 2022 09:32
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbçiləri Suriyanın İdlib əyalətində “F-16” döyüş təyyarəsi və bir helikopterin dəstəyi ilə İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu iddia edilən şəxsə qarşı əməliyyata başlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-a məxsus helikopter gecə saatlarında İŞİD-çinin İdlibin Atme kəndində gizləndiyi evin önünə enib.

Anons verərək evin boşaldılmasını istəyən hərbçilər şəxsiyyəti müəyyənləşməyən şəxsin olduğu yeri mühasirəyə alıb.

Hərbçilərin əhatəsində olan evin yaxınlığından silah səsləri eşidildiyi bildirilib.

Əməliyyatla bağlı ABŞ-dan rəsmi açıqlama verilməsə də, sözügedən şəxsin ələ keçirilib-keçirilmədiyi hələlik məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər