3 Fevral 2022 16:44
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya Katolik kilsəsi etiraf edib ki, 1950-ci ildən bəri kilsə ruhanilərinin 14 faizi təcavüz proseslərində iştirak edib.

Teleqraf.com xəbər verir ki, Yeni Zelandiya Katolik kilsəsi ilk dəfədir ki, kilsə daxilində iddia edilən təcavüzün miqyasının geniş araşdırmalardan sonra müəyyən edildiyini bildirib.

Açıqlamaya görə; 1950-ci ildən indiyədək 1122 nəfər tərəfindən katolik din xadimlərinə, rahibələrə və kilsə məmurlarına qarşı 1680 təcavüz xəbərdarlığı edildiyi və bu iddiaların 1350-nin uşaqlarla əlaqəli olduğu bildirilib. Ruhanilərə qarşı təzyiq iddialarının 14 faiz olduğu vurğulanıb.

Katolik Kilsəsi 428 katolik icması, 370 katolik məktəbi və 67 digər qayğı təşkilatının qeydləri üzərində aparılan geniş araşdırmalar nəticəsində elan edib ki, təcavüz iddialarının təxminən yarısı seksual xarakter daşıyıb.

Hesabata görə, katolik yeparxiyasında çalışan din xadimlərinin 14 faizi təcavüzdə günahlandırılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər