4 Fevral 2022 13:24
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada son sutka ərzində koronavirusdan 12,5 mindən çox ölüm halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı açıqladığı rəqəmlərə görə, bu, 2021-ci ilin iyulundan bəri ən yüksək səviyyədir.

ÜST indiyə qədər 383 509 779 nəfərin xəstəliyə yoluxma və 5 690 824 nəfərin ölməsi barədə məlumat alıb.

Son 24 saat ərzində yoluxanların sayı 3 015 863 nəfər, ölənlərin sayı 12 513 nəfər artıb. Bir gündə belə yüksək ölüm göstəriciləri 21 iyul 2021-ci il tarixindən indiyədək müşahidə olunmayıb.

Qeyd edək ki, ÜST-nın statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır.

Dünya üzrə yanvarın 25-də 350 milyon, 8 yanvarda 300 milyon, noyabrın 9-da 250 milyon, avqustun 5-də isə 200 milyon yoluxma faktı qeydə alınmışdı.

Rəsmi statisaya görə, ən çox təsdiqlənmiş yoluxma halları sırasında ABŞ 74,787,329, Hindistan (41,803,318), Braziliya (25,620,209), Fransa (19,322,157) və Böyük Britaniya (17,515,203) liderlik edir.

İndiyə qədər ən çox ölüm ABŞ-da 884 477, ikinci sırada Braziliya (628 067), üçüncü yerdə Hindistan (498 983) qərarlaşıb. Ondan sonra Rusiya (333 357) və Meksika (306 920) gəlir.


Müəllif: Nemət

Oxşar xəbərlər