5 Fevral 2022 14:09
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pense Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini tanımamasını tənqid edib.

Teleqraf.com xəbər verir ki, Pense Trampın prezident seçkilərinin nəticələrini dəyişmək hüququna malik olmadığını bəyan edib.

O Trampın Co Baydenin prezident olmasına mane olmaq cəhdini səhv addım sayıb: “Prezident kreslosu yalnız Amerika xalqına məxsusdur. 2024-cü ildə qalib gələndə hazırkı vitse-prezident Kamala Harrisin seçkiləri geri qaytarmaq hüququ olmayacaq”.

Qeyd edək ki, Donald Tramp 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb və rəqibi Baydenin qalib gəldiyini etiraf etməyib. 6 yanvar 2021-ci ildə Tramp tərəfdarlarının Konqresə basqın etməsi ölkədə vətəndaş müharibəsi narahatlığına səbəb olub.


Müəllif: Nemət

Oxşar xəbərlər