8 Fevral 2022 10:22
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara dənizdə, quruda və havada mövcudluğumuzu artırmışıq və gücləndirmişik. Danimarka, İspaniya, Böyük Britaniya və digər ölkələr müşahidə imkanları təmin edib. Müttəfiqlər minlərlə hərbçi göndərib və lazım gəldikdə NATO onları yerləşdirə bilər. NATO durumu müdafiə etmək və nəzarət etmək üçün bölgədədir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO rəhbəri əlavə edib ki, Rusiyanın Ukrayna sərhədinə 100 mindən çox hərbçi yerləşdirməsi əsaslı və şəffaf deyil.

NATO-nun müdafiəsini gücləndirmək üçün Şərqi Avropada daha uzunmüddətli hərbi mövqeyi nəzərdən keçirdiyini ifadə edən Stoltenberq əlavə edib ki, onlar ittifaqın şərq hissəsində mövqelərinə və varlığına daha uzunmüddətli düzəlişlər etməyi düşünür: “Bu məsələ ilə bağlı yekun qərar verilməyib, lakin hazırda NATO daxilində davam edən proses var”.

Rusiyanın bəzi ölkələrinin NATO-ya üzvlüyünü məhdudlaşdırmaq tələbinin Çin tərəfindən dəstəklənməsini şərh edən Stoltenberq bu məhdudiyyəti suveren xalqların öz seçimlərini etmək hüququndan məhrum etmək cəhdi kimi tənqid edib.


Müəllif: Nemət