Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixləri yaxın günlərdə məlum olacaq.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
Qeyd edək ki, bu gün həm də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da səfərlə bağlı ölkələr arasında razılığın olduğunu, hələlik dəqiq tarixin məlum olmadığını bildirmişdi.
Xatırladaq ki, bir müddət Ukraynaya səfər etmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm V.Putini, həm də Volodimir Zelenskini Türkiyəyə dəvət etmişdi.