“ABŞ axmaq olmamalıdır, bundan çəkinməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov ABŞ-ın THAAD ballistik raket sistemlərinin Ukraynaya çatdırılmasının gərginliyin siyasi həlli şanslarını azaldacağını bildirib və ABŞ-ı “axmaqlıqdan” çəkinməyə çağırıb.
O, Kremlin hərbi təlimlər və gərginliyin azaldılması təkliflərini ciddi qəbul etdiyini, amma Rusiyanın Vaşinqtonun NATO-nun genişlənməməsi ilə bağlı danışıqlara hazır olub-olmadığını anlaya bilmədiyini vurğulayıb.
Ryabkov deyib ki, təhlükəsizlik təminatı ilə bağlı danışıqlar həm də ABŞ tərəfinin bu məsələni müzakirə etməyə hazır olmasından asılıdır.