ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman çərşənbə günü Aİ, NATO və ATƏT nümayəndələri ilə telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə diplomatik əməkdaşlığı müzakirə edib.
Teərafat.com-un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.
Məsləhətləşmələrdə NATO baş katibinin müavini Mirça Coana, ATƏT-in baş katibi Helqa Şmid, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino və Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç iştirak ediblər. (Qeyd edək ki, hazırda ATƏT-ə Polşa sədrlik edir).
“(Məsləhətləşmə) iştirakçıları Rusiyanın Ukrayna sərhədlərində əsassız olaraq qüvvələr toplamasını, NATO, ATƏT və Aİ-nin davam edən fəaliyyəti, eləcə də istənilən hadisələrə koordinasiyada davam edən hazırlığımızı, o cümlədən fevralın 8-də Vyanada ATƏT-in Avropada Təhlükəsizlik Dialoqunda nümayiş etdirilən diplomatik danışıqlarda davam edən öhdəliyimizi müzakirə ediblər”, - Prays deyib.
“Onlar Rusiyanı diplomatiyaya üstünlük verməyə və gərginliyi azaltmaq üçün konkret addımlar atmağa inandırmaq üçün sıx koordinasiyada hərəkətin davam etdirilməsini vacib olmasına əmin etməyi razılaşdırıblar", - o əlavə edib.