10 Fevral 2022 17:17
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Kiyevin Donbasla dialoq aparmayacağına dair bəyanatlarına görə onu nasist Almaniyasının Propaqanda Nazirliyinin rəhbəri Yozef Göbbelsin təbliğatı ilə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, S.Lavrov Moskvada britaniyalı həmkarı Liz Trass ilə danışıqlardan sonra müvafiq bəyanatla çıxış edib.

Lavrov xatırladıb ki, Kuleba Donetsk və Luqanskla birbaşa dialoqun olmayacağını açıq şəkildə bəyan edib, çünki belə bir dialoq Minsk razılaşmalarında nəzərdə tutulmayıb.

“Başa düşürsünüz, bu, artıq tamamilə Göbbels məktəbidir, hətta Üçüncü Reyxin baş təbliğatçısının sənətini də üstələyir...” – Lavrov bildirib.

O, Kulebanın “gözlərinin içinədək yalan danışdığını və BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi şeyi rədd etdiyini” ifadə edərək, “London, Paris, Berlin və ya Vaşinqtonun onu aşağı çəkəcəyindən” narahat olmadığını bildirib.

Bundan əvvəl Kuleba brifinqdə bildirib ki, Kiyev özünü Luqansk və Donetsk xalq respublikaları elan edənlərlə birbaşa dialoqa getməyəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər