Yaponiya hakimiyyəti vəziyyətin gözlənilməzliyi ilə əlaqədar öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida bildirib.
“Biz Yaponiya vətəndaşlarını vəziyyətin gözlənilməzliyi səbəbindən Ukraynanı tərk etməyə çağırdıq. Biz vəziyyətin gələcəkdə necə inkişaf edəcəyindən asılı olaraq hərəkət edəcəyik”, - deyə baş nazir qeyd edib.
Kisida, həmçinin Yaponiyanın Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün G7 çərçivəsində əməkdaşlığa sadiqliyini vurğulayıb.
Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi öz ölkəsinin vətəndaşlarını Ukraynanı tərk etməyə çağırmışdı.