ABŞ Dövlət Departamenti həbs riski və Belarusun Ukrayna ilə sərhədində Rusiya hərbi gücünün qeyri-adi şəkildə artması səbəbindən amerikalılara Belarusa daxil olmamaq barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti həmçinin Belarusda olan ABŞ vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
Xatırladaq ki, 2022-ci il yanvarın 31-də Dövlət Departamenti amerikalı dövlət qulluqçularının ailə üzvlərinin Minskdəki səfirliyi tərk etməsinə göstəriş verib.
“Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması ilə əlaqədar Belarusda olan və ya Belarusa səfər etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və regionda gərginliyin artdığını bilməlidirlər”, - Dövlət Departamenti vurğulayıb.