16 Fevral 2022 14:10
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Belarus birgə təlimlərindən sonra Belarus ərazisində bir nəfər də olsun rus əsgəri qalmayayacaq.

Teleqraf.com xəbər verir ki, “TASS” agentliyi bu barədə Belarus Xarici İşlər Nazirliyinə istinadən bildirir.

“Birgə təlimlərdən sonra Belarusda bir rus hərbçisi və bir dənə də olsun texnika qalmayacaq” - Belarus XİN qeyd edib.

Məlumat üçün deyək ki, Rusiya-Belarus birgə təlimləri məqsədilə Belarus ərazisinə 10 minlərlə rus əsgəri, yüzlərlə texnika, S-400 kompleksləri, “İsgəndər” raketləri gətirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər