17 Fevral 2022 10:40
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidentliyinə namizəd Jan-Lük Melenşon Tvitter hesabında PKK terror təşkilatının lideri Abdullah Öcalanla bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımında skandala imza atan fransız siyasətçi həbsdə olan Öcalanın azad edilməli olduğunu bildirib.

Melenşon PKK liderini CAR-ın ilk qaradərili prezidenti Nelson Mandela ilə müqayisə edib:

“Öcalan 23 ildir Türkiyədə həbsdədir. Demək olar ki, Mandela qədər. Bu, ədalətli deyil. Öcalan sülh naminə sərbəst buraxılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər