17 Fevral 2022 11:10
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Macarıstan hökuməti döyüşmək üçün Ukraynaya qoşun göndərməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın dövlət naziri Gergeli Qulyaş deyib.

Qulyaş bildirib ki, Baş nazir Viktor Orban daxili işlər və müdafiə nazirliklərinə Ukraynadan mümkün qaçqın dalğası ilə bağlı tədbirlər planı hazırlamağı tapşırıb.

Nazir söyləyib ki, hökumət Macarıstan hərbçilərini döyüşmək üçün Ukraynaya göndərməyəcək.

Ölkəsinin on minlərlə qaçqını qəbul etmək gücünə malik olduğunu bildirən Qulyaş hesab edir ki, müharibə durumunda qaçqın düşəcək ukraynalıların əksəriyyəti Polşa və Macarıstana üz tutacaq.

Ukraynada 150 minə yaxın etnik macar yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər