21 Noyabr 2014 15:23
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və ABŞ nümayəndələri Tehranla nüvə proqramına dair beynəlxalq danışıqlarda İranın məsələyə yanaşması ilə bağlı ciddi fikir ayrılığının olduğunu qeyd edirlər.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, danışıqların növbəti mərhələsi noyabrın 24-də baş tutacaq.
Bu arada İranın atom enerjisi təşkilatının başçısı Əli Əkbər Salehi Tehranın beynəlxalq danışıqlarda Arak məntəqəsindəki reaktorun fəaliyyətinə aid məsələlərdə güzəştə getmək niyyətində olmadığını bildirib.

Məhz reaktorla bağlı mövzu Tehranın beynəlxalq vasitəçilərlə nüvə danışıqlarında müzakirə olunan əsas məsələ olub.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi agentliyi ekspertlərinin zənn etdiyinə görə, Arak reaktoru İran tərəfindən hərbi məqsədlər üçün nəzərdə tutulmuş plutonium istehsalında istifadə oluna bilər.

Tehran nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini vurğulayır.

Samir


Müəllif: