18 Fevral 2022 23:44
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, Putin həmçinin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.

Qeyd edək ki, Rostov vilayətində Donetsk və Luqanskdan evakuasiya ilə əlaqədar əməliyyat qərargahı yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər