18 Fevral 2022 23:28
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antoniu Quterreş dünya liderlərinin Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəyinə ümid edir və mümkün müharibənin fəlakətlə nəticələnəcəyinə inanır”.

Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, baş katib dünya liderlərinin bu məsələnin həlli uzun müddət tələb etsə belə, danışıqları davam etdirəcəyinə inanır:

“Münaqişə təkcə Ukrayna əhalisi üçün deyil, bütövlükdə region üçün fəlakət olacaq. Baş katibin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində avropalı və digər tərəfdaşlarla bir sıra təmasları olub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər