19 Fevral 2022 15:00
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı, NATO və ABŞ idarəçiləri cümə günü axşam saatlarında telefon danışığı keçiriblər və onlar narahatedici xəbərlər fonunda Ukrayna ətrafında vəziyyətin dərhal deskalasiyasına çağırıblar.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

“Amerika və transatlantik liderlərlə telefon danışığında Rusiya və Ukrayna ətrafında baş verən son hadisələr müzakirə olunub. Onlar həyəcanverici xəbərlər fonunda gərginliyin dərhal azaldılmasına çağırıblar. Aİ diplomatiyaya sadiqdir və Ukraynanı dəstəkləməkdə birləşir”, - Şarl Mişel Tvitter hesabında yazıb.

Eyni zamanda söhbət barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.

“Ukraynada və onun ətrafında davam edən təhlükəsizlik böhranı ilə bağlı Co Bayden və transatlantik liderlərlə telefon müzakirəsi aparılıb. Biz diplomatik səylərimizi davam etdiririk və razılaşırıq ki, Rusiyanın növbəti təcavüzü baha başa gələcək”, - alyansın baş katibi deyib.

Fevralın 21-də Brüsseldə keçiriləcək Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin toplantısının əsas mövzusu Ukrayna ətrafındakı vəziyyət olacaq. Avropalı nazirlər bunu ukraynalı həmkarı Dmitri Kuleba ilə müzakirə edəcəklər.


Müəllif: Nemət

Oxşar xəbərlər