19 Fevral 2022 15:26
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya prezidenti Vladimir Putin bazar günü, fevralın 20-də fransalı həmkarı Emmanuel Makronla telefon müzakirəsi aparmağı planlaşdırır”.

Teleqraf.com xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, belə proqram prezidentin cədvəlində var”, - o deyib.

Qeyd edək ki, Fransa mediası Yelisey sarayına istinadən xəbər yayıb ki, Makron bazar günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq və onunla Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti müzakirə etmək niyyətindədir.

Şənbə günü Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.

Makron administrasiyası vurğulayıb ki, Avropa qitəsində təhlükəsizlik vəziyyətini stabilləşdirəcək qarşıdurmadan qaçmaq üçün hər fürsətdən istifadə edilməlidir.

Putin və Makron sonuncu dəfə fevralın 12-də telefonla danışıb, bir neçə gün əvvəl, fevralın 7-də isə prezidentlər Kremldə saatlarla müzakirə aparıblar.


Müəllif: Nemət

Oxşar xəbərlər