20 Fevral 2022 20:38
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son ana qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Sanksiyaların məqsədi ilk növbədə Rusiyanı müharibəyə başlamaqdan çəkindirməkdir. Siz onları tətbiq edən kimi bu təsir aradan qalxacaq. Ona görə də biz bu çəkindirici effekti son ana qədər saxlamaq niyyətindəyik”, - o, CNN telekanalının efirində bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, Rusiya və Belarus arasında təlimlərin davam etdirilməsi Ukraynaya qarşı təcavüz ssenarisinin həyata keçirilməsinin davam etdiyini deməyə əsas verir:

“Donbasdakı hadisələr ABŞ-ın Rusiyanın Ukraynaya hərbi müdxailə etməsi ilə bağlı proqnozlarının özünü doğrultduğunu təsdiqləyir. İşğaldan əvvəlki hər şey, bizim təsvir etdiyimiz kimi baş verir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər