Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO baş katibi Yens Stoltenberqin çıxışlarında “insan sağlamlığı üçün təhlükə” gördüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, Zaxarova NATO rəhbərini qeyri-ciddilikdə ittiham edib.
Onun sözlərinə görə, NATO baş katibinin bəyanatları ciddi araşdırma mövzusu ola bilmir. Zaxarova qeyd edib ki, Stoltenberq dəfələrlə doğru olmayan şeylərdən danışıb və onun rəhbərlik etdiyi struktur boş məlumatların yayılması ilə məşğuldur.
“Stoltenberqi dinləyə bilməzsiniz. Bu, sadəcə olaraq sağlamlıq üçün təhlükəlidir”, - Zaxarova vurğulayıb.
Bundan əvvəl Stoltenberq açıqlama verərək bildirib ki, yerinə yetirilməmiş hər hansı təminatdan danışmağın mənası yoxdur, çünki NATO Rusiya ilə şərqə doğru genişlənməkdən imtina ilə bağlı heç bir saziş imzalamayıb.