Rusiya Federasiyasının qondarma "Donetsk və Luqansk respublikaları"nı tanımaq qərarı Minsk razılaşmalarının pozulması, eyni zamanda Ukraynanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edir və rədd edirik.
Biz Ukraynanın ərazi bütövlüyünü qorunmasına sadiqliyimizi vurğulayır və bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırırıq", - bəyanatda deyilir.