23 Fevral 2022 20:14
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya Rusiyanın son günlər Ukraynaya aqressiv münasibətini pisləməyə davam etdiyi vaxt Rumıniyadan diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Rumıniya müdafiə naziri Vasile Dinkun Rusiyanın Ukraynaya təcavüzü durumunda böyük qaçqın axını gözləmədiklərini, amma belə olacağı təqdirdə 500 min qaçqına sərhədlərini açacaqlarını deyib.

Rumıniya Rusiyanın işğalı başlayarsa, Ukrayna xalqının mənzil ehtiyacının ölkənin həm kiçik, həm də böyük şəhərlərində ödəniləcəyini açıqladı. Dinku gərginliyin tezliklə bitməsini istədiklərini bildirib: “Ukraynada müharibə olmamalıdır. Ümid edirəm ki, əsgərlər yox, diplomatlar danışmağa davam edəcək”.

O, müharibə durumunda Rumıniyanın 500 min ukraynalı qaçqını qəbul edə biləcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər