24 Fevral 2022 19:00
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Müdafiə Nazirliyinin rəsmilərinin ölkəni tərk etməsi ilə bağlı məlumatların yalan olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

“Mən Kiyevdəyəm. Təhlükəsizlik protokoluna uyğun olaraq, habelə təxirəsalınmaz görüşlərin keçirilməsi üçün yer dəyişdirmək vacibdir. Müdafiə nazirinin bütün müavinləri öz funksional vəzifələrinə uyğun işləyirlər. Müdafiə Nazirliyi, Baş Qərargah hamısı yerindədir və vəzifələrini yerinə yetirir”, - Ukrayna müdafiə nazirinin müraciətində qeyd olunub.

O bildirib ki, Rusiyanın Ukraynaya hücum etdiyi bütün istiqamətlərdə vəziyyət tam nəzarət altındadır: “Mən Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, Ukrayna Prezidenti və Ukraynanın Baş naziri ilə daim əlaqə saxlayıram. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla da danışıqlar aparıram”.

Reznikov deyib ki, Rusiya tərəfi xeyli itki verib, onların texnikası və şəxsi heyəti məhv edilib və bu davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər