25 Fevral 2022 11:35
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna əsgərləri güclü, həvəsli və yenilməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna malyar özünün Feysbuk səhifəsində bildirib.

O əlavə edib ki, Birləşmiş qoşunların komandanlığı Severski, Slobozhanski, Tauride istiqamətlərində üstün düşmən qüvvəsi ilə döyüşür.

“Döyüşçülərimiz güclü, motivasiyalı və yenilməzdir. Millətimiz də birlikdə güclüdür! Qələbə bizim olacaq”,- nazir müavini deyib.


Müəllif: Nemət