Rusiya Federasiyası Ukraynada dinc sakinləri qətlə yetirir. Ukraynalılar qaçmağa məcburdurlar.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.
“Ukraynada humanitar ehtiyac hər saat artır. Mülki əhali öldürülür. Azı 100 min ukraynalı artıq öz evlərini tərk edib. BMT işçiləri xilasetmə dəstəyini gücləndirirlər. Onların təhlükəsizliyi və hərəkət azadlığı təmin edilməlidir”, - deyə BMT-nin baş katibi bildirib.