27 Fevral 2022 17:42
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı rəsmən iddia qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezdenti Volodimir Zelenski tviter hesabında yazıb.

"Biz Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırımı anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edirik. Məhkəmədən xahiş edirik ki, dərhal Rusiyaya hərbi əməliyyatları dayandırmağa məcbur etsin. Həmçinin, məsələ ilə gələn həftə dinləmə çağrılması arzuolunandır", - Zelenski bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər