27 Fevral 2022 21:09
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Rusiya gəmilərinin quruma üzv ölkələrin limanlarına girişinə qadağa qoyulmasını nəzərdən keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə yüksək rütbəli avropalı məmur bildirib.

“İnterfaks-Ukraina”nın məlumatına görə, bununla bağlı müzakirə bazar günü Avropa Şurasının Xarici Əlaqələr üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq.

"Bu (Aİ-yə üzv ölkələrin limanlarına giriş qadağası) növbəti addım kimi qiymətləndirilir. Baxacağıq. Düşünürəm ki, bu, bugünkü müzakirənin bir hissəsi olacaq", - məmur rəsmi görüşdən əvvəl deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər