22 Noyabr 2014 09:44
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ nümayəndələr palatasının spikeri, Respublikaçı Con Beyner Barak Obamanın 5 milyon qeyri leqal miqrantın gəlişini qanuniləşdirən sənədə imza atmasını kəskin tənqid edib.

ANS PRESS-in məlumatına görə, o bildirib ki, “Prezidentə artıq inanmaq olmaz, belə ki, o konqresmenlərlə məsləhətləşməmiş birtərəfli qaydada mirasiya siyasətini dəyişib”.

O qeyd edib ki, Obama özünü elə aparıb ki, guya padşah və ya imperatordur.

Xəbər verdiyimiz kimi, cümə günü Las-Veqasda (Nevada ştatı) ABŞ prezidenti Barak Obama 4,7 miyon qeyri leqal miqrantın ölkəyə gəlişini qanuniləşdirən sənədi imzaladığını bəyan edib.

Obamanın dediyinə görə söhbət “ABŞ-da 5 ildən Artıq yaşayan, amerika vətəndaşlarının valideyni olan, eləcə də ABŞ-a körpə yaşlarından gətirilən uşaqlardan gedir”. Əgər belə qeyri leqal miqrantlar Amerika hökümətinə müraciət edib, aidiyyəti idarələr tərəfindən yoxlamadan keçdiyi, biometrik məlumatları təhvil verdiyi, müvafiq vergi və rüsumları ödədikləri eləcədə Obamanın hazırki qərarına dək uşaqlarının ABŞ-da doğulduğunu isbat etdikləri təqdirdə onlara uzadılması mümkün olan 3 illik yaşama icazəsi veriləcək. Bu insanlar ABŞ-da işləmək üçün də icazəyə malik olacaqlar.

“Əgər siz sadalanan meyarlara uyğun gəlirsinizsə, siz kölgədən çıxıb qorxusuz yaşaya bilərsiz. Yox əgər siz cinayət fəaliyyəti ilə məşğulsunuzsa ölkədən deportasiya ediləcəksiz”- deyə Obama bildirib. O qeyd edib ki, hökümət “terrorizmdə şübhəli bilinən, cinayətkar, şiddətə yol verən qruplaşma üzvləri və yaxın vaxtda (qanunsuz) sərhəddi keçənləri” ölkədən çıxaracaq.

Bundan əlavə cümə günü Obama təşkilatlara “miqrasiyanın hüquqi sisteminin gücləndirilməsi və yaxşılaşdırılması, həmçinin mirant və qeyri miqrant vizalarının verilməsi yönündə tövsiyyələr” hazırlamağı tapşırıb. Dekretin səbəbi- büdcə xərclərini azaltmaq, müraciət edənlər üçün xidməti yaxşılaşdırmaq, eləcə də fırıldaqçılıq və sui istidfadənin qarşısını almaqdır.

Qeyd edək ki, miqrasiya islahatlarının vacibliyi ABŞ-da uzun illərdir ki, müzakirə edilir. Bu həm hakim partiya həm də müxalifət üçün prinsipial vacib nöqtədə durur.

Lakin bu dəyişikliklərin həyata keçirilməsi yönündə Demokrat və Respublikaçılar arasında əsaslı ziddiyətlər mövcuddur.


Müəllif: