28 Fevral 2022 12:41
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Belarus-Ukrayna sərhədi ərazisinə çatıb”.

Teleqraf.com xəbər verir ki, Ukrayna Prezident Aparatının mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri Ukraynanın TCG-dəki nümayəndə heyəti Andrey Kostin, deputat Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

Qeyd olunur ki, danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukraynadan çıxarılmasıdır.

Xatırladaq ki, danışıqlar Ukrayna-Belarus sərhədində Pripyat çayının yaxınlığında baş tutacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər