28 Fevral 2022 23:43
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hərbi əməliyyatlarından sonra silah və bomba səslərinin kəsilmədiyi Ukraynada yeraltı həyat davam edir. İnsanlar hücumlardan zərər görməmək üçün metro stansiyaları, dayanacaqlar, sığınacaqlar kimi yerlərdə həyatlarını davam etdirirlər.

Teleqraf.com xəbər verir ki, “Guardian” paytaxt Kiyevin metro stansiyalarından reportaj yayımlayıb.

Minlərlə insanın yeraltı tikililərdə həyatlarına davam etməsi duyğusal anlar yaşadır.

Fotolarda körpələrini yatırmağa çalışan valideynlər, ev heyvanları və mobil telefonlarla vaxt keçirməyə çalışan insanların görüntüləri əks olunub.

Soyadını açıqlamayan 40 yaşlı Alla deyir: “Uşaqlar qorxurlar. Ağlayırlar. Soruşurlar ki, hamımız öləcəyik, ana?”

35 yaşlı Viktoriya isə burada nə qədər qalacaqlarını bilmədiklərini söyləyir: “Burada nə qədər qalacağımızı bilmirik. Xoşbəxtlikdən heç olmasa stulumuz var”.

Xarkovda təhsil almış Şana Şaci də metrostansiyada gizlənənlərdəndir. Şaci qida qıtlığı yaşadıqlarını və xarici dünya ilə yalnız mobil telefonlarla əlaqə saxladıqlarını deyir. Şaci stansiyadan kənarda baş verənlərdən xəbərsiz olduqlarını bildirir.

Kiyevdəki stansiyaların birində Miya adlı körpə dünyaya gəlib. Amma Miya tək deyil.

100 mindən çox rus hərbçisinin yerləşdiyi Luqanskdakı xəstəxanada da bir körpə dünyaya gözlərini təzəcə açıb.

Dneprdəki xəstəxanada isə yeni doğulmuş körpələr binadan müvəqqəti sığınacağa köçürülüb. “Bu, bizim reallığımızdır”, - Denis Surkov deyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər