Rusiya qoşunlarının dəstəyi ilə separatçı Donetsk Xalq Respublikasının (DXR) qoşunları tərəfindən Ukraynanın Mariupol şəhərinin mühasirəsi çərşənbə axşamı tamamlanacaq.
Teleqraf.com xəbər verir ki, bunu separatçı Donetski respublikasının rəsmisi Eduard Basurin deyib.
O əlavə edib ki, bu gün Mariupolun mühasirəsi tam başa çatacaq. O, tam mühasirəyə alınacaq: “Mariupolun mülki əhalisi üçün şəhərdən humanitar dəhliz çəkmək lazım gələcək”.
Basurin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Mariupol, Qorlovka və Donetsk bölgələrində yeni təxribatlar planlaşdırır:
“Ukrayna Silahlı Qüvvələrinin əməkdaşları Rusiya Federasiyasına qarşı təxribat təşkil etmək qərarına gəliblər. Onlar rus hərbçilərinin, bizimkilərin, "respublika"mızın hərbçilərinin geyiminə keçib dinc sakinləri öldürməyə hazırlaşırlar. Bu təkcə Mariupol vilayətində deyil, Qorlovka bölgəsində də var, Donetskdə belə təxribatlar törətməyə hazırlaşırlar”.