Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar tətbiq edilən sanksiyalara əsasən həyati əhəmiyyət kəsb edən ərzaq və dərmanların qiymətlərinin artmasına icazə verilə bilməz.
Teleqraf.com xəbərinə görə, o, bu barədə çərşənbə günü palatanın iclasında bildirib.
Matviyenko mövcud şəraitdə biznesi “milli olmağa” çağırıb.
“Rusiyaya qarşı görünməmiş sanksiyalar şəraitində indi ən vacib məsələ hamının beynini işə salmaq, biznesin, özəl təşəbbüsün, sahibkarların, kiçik və orta biznesin işləməsinə mane olan hər şeyi təhlil etməkdir. Bütün imkanları işə salın, heç bir zərər verməyin ki, çaxnaşma olmasın”, - Matvienko bildirib.
Valentina Matviyenko qeyd edib ki, bütün biznes milli xarakter almalı, iqtisadiyyatı gücləndirməyə və daha da inkişaf etdirməyə kömək etməlidir: “Həyati əhəmiyyət kəsb edən ərzaq məhsulları, dərmanlar, o cümlədən tikinti materialları üçün qiymət artımının qarşısını almaq lazımdır”.