Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrin müzakirə olunacağı qapalı iclasa başlayıb.
Teleqraf.com xəbər verir ki, Baş Assambleya TBMM sədrinin müavini Cəlal Adanın sədrliyi ilə toplanıb.
Qapalı iclasda Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi və regionda baş verənlər barədə deputatlara məlumat verəcək.
Bundan əvvəl 2020-ci il martın 3-də “Bahar Qalxanı” əməliyyatının keçirildiyi İdlibdəki hadisələrin müzakirəsi üçün qapalı iclas keçirilmişdi.
Qapalı iclasın protokolları 10 il gizli saxlanılır. Deputatların iclasla bağlı açıqlama verməsi də qadağandır.
İclasda deyilənlər dövlət sirri sayılır.