İsveç Hərbi Hava Qüvvələrinin komandanı Karl Yohan Edström 4 rus döyüş təyyarəsinin Qotland adası üzərində ölkəsinin hava məkanını pozduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, İsveçin ruslara JAS 39 “Gripen” tipli döyüş təyyarələri ilə cavab verdiyini bildirib.
Edström rus təyyarələrinin qısa müddət sonra normal marşruta qayıtdığını və hava pozuntusunun fotoşəkillərlə sənədləşdirildiyini deyib.
O, mövcud vəziyyət çərçivəsində hadisəni ciddi qəbul etdiklərini bildirərək, Rusiyanın qeyri-peşəkar və məsuliyyətsiz davranış sərgilədiyini vurğulayıb.
Rusiya-Ukrayna müharibəsi davam etdiyi vaxt Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Finlandiya və İsveçin NATO-ya üzvlüyünün mənfi nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edib.
Rusiyanın təhdidindən sonra açıqlama verən İsveç və Finlandiya hökumətləri Ukrayna hücumundan sonra qərarlarını dəyişdiklərini və NATO-ya daxil olmaq planlarının olmadığını bildiriblər.