Ukrayna hərbçiləri İrpen səmasında Rusiyanın Su-30 təyyarəsini vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Valeri Zalujnı bildirib.
“Biz indicə İrpen səmasında Rusiyanın Su-30 təyyarəsini vurmuşuq. Hava hücumundan müdafiə sisteminin peşəkar işi mükəmməl nəticələndi”, - general əlavə edib.