22 Noyabr 2014 14:32
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm enerji layihəsidir. Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden İstanbulda enerji zirvə toplantısında çıxışı zamanı deyib.

Trend xəbər verir ki, bu barədə şənbə günü "TRT Haber" telekanalı məlumat yayıb.

Baydenin sözlərinə görə, əvvəllər heç kim belə layihənin həyata keçiriləcəyinə inanmırdı, lakin Azərbaycan, Gürcüstan və Türkiyə onu reallaşdıra bildilər.

Vitse-prezident deyib ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında mühüm məqamlardan biri Azərbaycanın liderliyi, Gürcüstan və Türkiyənin bu layihədə iştirakıdır.


Müəllif:

Oxşar xəbərlər