Sumıda küçə döyüşləri başlaması riskini nəzərə alaraq insanlardan təhlükəsiz yerdə qalmaları xahiş olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Publik Sumy” məlumat yayıb.
Məlumatda bildirilir ki, ruslar yaxın vaxtlarda Sumı şəhərinə hücum edə bilərlər. Bu səbəbdən də insanlara təhlükə barədə xəbərdarlıq edilir. Onlardan küçələrə çıxmamaq istənilir.
“Küçə döyüşü təhlükəsi! Evdə, təhlükəsiz yerdə qalın!”, - məlumatda deyilir və bildirilir ki, ruslar istənilən vaxt şəhərə hücum edə bilərlər.