Ukrayna ordusu bütün istiqamətlərdə döyüşləri davam etdirir. Bəzi ərazilərdə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin onuncu günü başlayıb:
"Ukrayna Silahlı Qüvvələri və Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri Ukrayna şəhərlərini rus işğalçılarından azad etmək üçün qızğın döyüşlər aparır.
Rus ordusunun birlik və hissələri ruhdan düşüb, işğalçı ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnikalarını qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər.
Aktiv döyüşlər düşmənə təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələrinə deyil, həm də sadə silahsız insanlara ziyan vurur. Daimi müqavimətlə üzləşən və öz hərəkətlərinin qanunsuzluğunu dərk edən işğalçılar dinc əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və evlərə, xəstəxanalara, uşaq bağçalarına raket və bombalı hücumlar təşkil etməkdə, qadın, uşaq və qocalardan "canlı qalxan” kimi istifadə etməkdə davam edir.
Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müəyyən xətləri saxlamaqda davam edir və bəzi ərazilərdə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir, arxa rabitəni pozur və sarsıdıcı zərbələr endirirlər".
“Təəssüf ki, planı pozmamaq üçün hələ ki, bütün uğurlarımız haqqında danışa bilmərik. Amma inanın ki, zamanla hər şey məlum olacaq” – məlumatda deyilir.