5 Mart 2022 12:42
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Xarkov istiqamətində rus ordusunu sərhədə qədər sıxışdırıb. Ukrayna hərbçiləri düşmənin üç tankını məhv edib, dördüncüsü isə Rusiya hərbçilərinin tərk etdiyi üçün ordunun əlinə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Operativ Silahlı Qüvvələr” Teleqram kanalında məlumat verilib.

“Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb və işğalçıları sərhədə qədər sıxışdırıb”, - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri düşmənin 3 tankını məhv edib, Rusiya hərbçilərinin sadəcə olaraq tərk etdiyi dördüncüsü tank Ukrayna ordusuna qalıb.


Müəllif: Nemət