5 Mart 2022 12:48
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri 2037 hərbi infrastruktur obyektinə zərbələr endirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

O deyib ki, əməliyyat zamanı ümumilikdə Ukraynanın 2037 hərbi infrastruktur obyekti vurulub: “Onlar arasında Ukrayna silahlı qüvvələrinin 71 komanda məntəqəsi və rabitə mərkəzi, 98 ədəd S-300, “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, həmçinin 61 radar stansiyası olub”.

Konaşenkovun sözlərinə görə, 66 təyyarə məhv edilib:

“708 tank və digər zirehli döyüş maşını, 74 reaktiv yaylım atəşi sistemi, 261 səhra artilleriya və minaatan, 505 xüsusi təyinatlı hərbi texnika, həmçinin 56 pilotsuz uçuş aparatı vurulub. Hərbçilər Jitomirdə “Javelin” və “NLOW” tank əleyhinə raket kompleksləri olan böyük anbarı məhv ediblər”.

Qeyd edilib ki, Rusiya silahlı qüvvələri Ukraynadakı hərbi obyektlərə zərbələr endirməkdə davam edir.

General bildirib ki, separatçı “Luqansk Xalq Respublikası” qoşunlarının qruplaşması Rusiya silahlı qüvvələrinin atəş dəstəyi ilə hücum əməliyyatlarını davam etdirərək Boquslavka - Telmahovka - Kalinovka xəttinə çatıb. Donetsk Xalq Respublikasının Silahlı Qüvvələrinin bölmələri gecə ərzində 27 km irəliləyib. Novoqriqoriyevka, Novonikolaevka, Vişnevatoe, Volnoye, Listvyanka və Antonovka qəsəbələri nəzarətə götürülüb”.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin bölmələri geniş cəbhədə hücum əməliyyatları aparır: “Son sutka ərzində Priobrajenka, Komsomolskoye, Zaqornoye, Dorozhnyanka, Reşetilovskoye, Konstantinovka, Şevçenko, Çubarevka, Proletarskoye, Lyubimovka qəsəbələri nəzarətə götürülüb.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-dən Ukraynaya qarşı müharibə başlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər