Ukrayna Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə razılaşıb.
Teleqraf.com xəbər verir ki, Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində Putinlə Ankara və ya İstanbul şəhərlərində görüşə biləcəyini bildirib.
Martın 6-da Türkiyənin dövlət başçısı Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Ukrayna və Rusiya prezidentlərinin görüşü müzakirə ediləcək.