7 Mart 2022 13:56
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığındakı Çernobayevka aerodromunu mühasirəyə alıb.

Teleqraf.com xəbər verir ki, bunu news.liga.net saytı Dəniz Piyadaları Komandanlığına istinadən bildirir.

Məlumata görə, aerodromda 30-a qədər helikopter, canlı qüvvə və texnika məhv edilib.

Xəbərdə deyilir ki, bu aerodromda ruslar öz donanmasını qismən yerləşdirmək qərarına gəliblər.

Bundan əlavə, Nikolayeva istiqamətində Rusiyanın üç kolonunun məhv edildiyi iddia olunub. İddialara görə, Ukrayna əsgərləri çoxlu sayda döyüş sursatı, təkərli maşın və 7 ədəd D-20 haubitsa ələ keçirib.


Müəllif: Nemət

Oxşar xəbərlər