Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Volodimir Zelenskiyə nəyin bahasına olur-olsun qan tökülməsini dayandırmaqla bağlı çağırış edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir: “Mən yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçiləriniz” var, lakin şəxsən Siz nəyin bahasına olursa-olsun qan tökülməsini dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbasda və Rusiyada sizdən gözlənilən budur”.
V.Yanukoviç bildirib ki, Ukrayna xalqı və Kiyevin Qərbdəki tərəfdaşları belə bir addıma görə minnətdar olacaqlar.
“Mən keçmiş prezident və hətta bir az atacasına Vladimir Zelenskiyə müraciət etmək istəyirəm. Vladimir Aleksandroviç, siz, yəqin ki, əsl qəhrəman olmaq arzusundasınız! Amma qəhrəmanlıq nümayişkəranəlik deyil, son ukraynalıya qədər döyüşmək deyil. O, özünü qurban etməkdir, insanların həyatını xilas etmək naminə öz qürur və ambisiyaları üzərində qələbə çalaraq fədakarlıq edirlər”, - deyə eks-prezident bildirib.
O qeyd edib ki, hazırda vətənində baş verənləri ağrı ilə qəbul edir və ukraynalıların dözmək məcburiyyətində qaldıqları əzabları dərindən hiss edir.